"Mançester Siti" Bernardo Silvanı satır

"Mançester Siti" futbolçusu Bernardo Silvanı satmaq qərarına gəlib.

Sportline.az "The Telegraph"a istinadən xəbər verir ki, buna səbəb "şəhərlilər"in 26 yaşlı yarımmüdafiəçinin transferindən gəlir əldə edib, yeni oyunçular almaq istəməsidir. Silva ilə İspanya, Fransa və İtaliya klubları yaxından maraqlanır. Lakin həmin komandaların adları açıqlanmayıb.

Qeyd edək ki, Silva başa çatan mövsüm Pemyer Liqada 26 matçda 2 qol vurub və 6 qolun ötürməsini verib. O, 2017-ci ildən İngiltərə klubunda çıxış edir.