"Mançester Siti" cəzalandırıldı

İngiltərə Futbol Federasiyası "Mançester Siti"ni cəzalandırıb. SportLine.az "Daily Mail"ə istinadən xəbər verir ki, "şəhərlilər" növbəti iki il ərzində 18 yaşadək futbolçu transfer edə, eləcə də, akademiyanın futbolçularını heyətinə qata bilməyəcək.

Cəzaya müqavilələrdəki qayda pozuntuları səbəb olub.