"Mançester Siti" Dani Olmonun xidmətində maraqlıdır
"Barselona"nın ispaniyalı futbolçusu Dani Olmo karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az jurnalist Saşa Tavolierinin məlumatına istinadən xəbər verir ki, Kataloniya klubu D.Olmo üçün 60 milyon avro tələb edir.
27 yaşlı futbolçunun "Barselona" ilə müqaviləsi 2030-cu ilin iyun ayına qədərdir.
Qeyd edək ki, Dani Olmo cari mövsüm çıxış etdiyi 38 matçda 11 qol 7 asistlə yadda qalıb.