"Mançester Siti" fransalı futbolçunun transferindən imtina edib
"Mançester Siti" fransalı futbolçu Pol Poqbanı transfer etmək istəmir.
Sportline.az "Mirror Footbal" nəşrinə istinadən xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi Poqbanın transferində imtina edib.
Klubun əsas transfer hədəfi "Bavariya"nın almaniyalı futbolçusu Coşua Kimmixdir.
Qeyd edək ki, Kimmix Rodrinin yerini doldura biləcək ən ideal namizəd olaraq göstərilir.