"Mançester Siti" futbolçusu ilə müqaviləni uzatdı

İngiltərənin "Mançester Siti" klubu aparıcı futbolçularından hesab olunan Kevin De Bröyne ilə müqavilənin müddətini uzadıb.

Sportline.az "şəhərlilər"in rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2025-ci ilin yayına qədər nəzərdə tutulur.

Qeyd edək ki, Kevin De Bröyne 2015-ci ildən "Mançester Siti"də çıxış edir.