“Mançester Siti” klubu “Bayer”in müdafiəçisi ilə maraqlanır
“Bayer”in niderlandlı futbolçusu Ceremi Frimponqun yanvar ayında klubdan ayrılacağı gözlənilir.
Sportline.az “Football İnsider” nəşrinə istinadən xəbər verir ki, “Mançester Siti” klubunun rəhbərliyi Ceremi Frimponq üçün “Bayer”ə 50 milyon avro ödəməyə hazırdır.
Klublar arasında danışıqlar davam edir.
“Mançester Siti” klubu C.Frimponqa 6 illik müqavilə təklif edib.
Qeyd edək ki, Ceremi Frimponqun “Bayer” klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayınadək nəzərdə tutulub.
23 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 16 matçda 1 qol və 3 asistlə yadda qalıb.