“Mançester Siti” klubu niderlandlı futbolçunun transferindən imtina edib

“Mançester Siti” klubunun rəhbərliyi niderlandlı futbolçu Frenki De Yonqu transfer etməkdən imtina edib.

Sportline.az “El Nacional” nəşrinə istinadən xəbər verir ki, “Barselona” klubunun rəhbərliyi Frenki De Yonq üçün “Mançester Siti”dən 70 milyon avro tələb edib.

İngiltərə klubunun rəhbərliyi isə bu məbləğin yüksək olduğunu söyləyib.

Frenki De Yonq mövsümün sonuna qədər “Barselona”da qalacağı gözlənilir.

Qeyd edək ki, F.De Yonq bu mövsüm “Barselona”nın heyətində 7 matçda iştirak edib. 27 yaşlı futbolçunun məhsuldarlıq göstəricisi yoxdur.