“Mançester Siti” klubu Pep Qvardiola ilə bağlı qərar verib

“Mançester Siti”nin ispaniyalı çalışdırıcısı Pep Qvardiola daha 1 il klubun sükanı arxasında olacaq.

Sportline.az “Football İnsider” nəşrinə istinadən xəbər verir ki, “Mançester Siti” klubunun rəhbərliyi Pep Qvardiola ilə 2026-cı ilə qədər yeni müqavilə imzalayıb.

P.Qvardiola 2016-cı ildən “Mançester Siti”ni çalışdırır.

Qeyd edək ki, Pep Qvardiolanın hazır ki, müqaviləsi 2025-ci ilin iyun ayınadək nəzərdə tutulub.