“Mançester Siti” klubu “Real”ın qarşısını belə almaq istəyir
“Mançester Siti” klubu “Real Madrid”in marağını azaltmaq üçün Erlinq Holannda həftəlik 600 min avro maaş təklif edəcək.
Sportline.az “Mirror” qəzetinə istinadən xəbər verir ki, Holann təklifi qəbul etsə, ayda 2.4 milyon avro ilə Premyer Liqanın ən çox qazanan futbolçusu olacaq.
Klub Erlinq Holanndın ailəsi və meneceri Rafaella Pimenta ilə son görüşlərdə müsbət cavab alıb.
Qeyd edək ki, “Mançester Siti” klubu Holannla 2029-cu ilə qədər yeni müqavilə imzalayacaq.