"Mançester Siti" - "Real Madrid": Heyətlərdəki son durum

UEFA Çempionlar Liqasının pley-off mərhələsinə bu gün keçiriləcək 4 oyunla start veriləcək.

Sportline.az xəbər verir ki, gecənin mərkəzi oyununda "Mançester Siti" "Etihad Stadium"da "Real Madrid"lə qarşılaşacaq.

Heyətlərə nəzər saldıqda “Real Madrid”də əsas itki David Alaba, Dani Karvaxal, Antonio Rudiger, Eder Militao və Lukas Vazkezin adı ilə bağlıdır.

“Mançester Siti”də isə Jeremi Doku, Natan Ake, Niko Qonzalez, Rodri və Oskar Bob zədə səbəbindən iştirak ərizəsində yer almayıb.

Qeyd edək ki, ədalət təmsilçisi Kleman Türpen olacaq oyun Bakı vaxtı ilə gecə yarısı 12-də başlanacaq.