“Mançester Siti” uğursuz zolağa düşüb

İngiltərə nəhəngi “Mançester Siti” son 3 matçda aldığı məğlubiyyətə görə azarkeşlər tərəfindən tənqid atəşinə tutulub.

Sportline.az “Sky Sports” kanalına istinadən xəbər verir ki, “Mançester Siti” 1 həftə ərzində 3 məğlubiyyət yaşayıb. Buda klubun son 6 ildəki ən uğursuz nəticəsidir.

“Mançester Siti”nin 1 həftə ərzində ki, qeydə alınan anti-rekordları;

Liqa kubokunda “Tottenhem”ə məğlubiyyət. 1:2

Premyer Liqada “Bormut”a səfərdə məğlub olaraq liderliyi “Liverpul”a təhvil vermək.

Premyer Liqada 32 matçlıq məğlubiyyətsizlik seriyasının başa çatması.

2018-ci ilin aprelindən bəri ilk dəfə ardıcıl 3 matçda yaşanan məğlubiyyət

“Mançester Siti” komandası bunun yanı sıra 2016-cı ilin oktyabrında “Barselona”ya 0:4 uduzduqdan sonra ilk dəfə Çempionlar Liqası matçında 4 qol buraxdı. Həmin qarşılaşma “Sportinq” matçına təsadüf edib.

Qeyd edək ki, “Mançester Siti” növbəti matçını səfərdə “Brayton” klubuna qarşı keçirəcək.