"Mançester Siti"də yeni müqavilə

“Mançester Siti” futbolçusu Kevin De Brüyne ilə müqaviləni yeniləmək üçün razlığa gəlib.

Sportline.az xəbər verir ki, bu  barədə “Todo Fichajes” nəşri məlumat yayıb. “Şəhərlilər”in 29 yaşlı yarımmüdafiəçi ilə sözləşməni 2025-ci ilədək uzadacağı bildirilib.

Yeni müqavilənin şərtlərinə görə, belçikalı oyunçunun maaşı da artacaq. Bundan sonra De Brüyne Rahim Sterlinqlə birlikdə klubun ən çox maaş alan futbolçusu olacaq. 

Qeyd edək ki, De Brüyne bu mövsüm 11 matçda 1 qol vurub və 7 qolun ötürməsini verib. Onun Premyer Liqa təmsilçisi ilə hazırkı müqaviləinin müddəti isə 2023-cü ilin yayına qədərdir.