"Mançester Siti"dən çətin qələbə
"Mançester Siti" İngiltərə Premyer Liqasında növbəti oyuna çıxıb.
Sportline.az xəbər verir ki, Pep Qvardiolanın baş məşqçisi olduğu komanda 14-cü turda səfərdə "Sauthempton"la qarşılaşıb. Matç qonaq komandanın minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.
"Sauthempton" - "Mançester Siti" - 0:1
Qol: Sterlinq, 16
Bu qələbə ilə xalını 23-ə yüksəldən (13 oyun) Mançester təmsilçisi turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Turnir cədvəlinə 31 xalla "Liverpul" başçılıq edir. "Tottenhem" 25 xalla (13 oyun) 2-ci, "Lester" 24 xalla (13 oyun) 3-cü, "Sauthempton" 24 xalla 4-cüdür.