“Mançester Siti”ni ali futbol qurumuna şikayət ediblər

“Mançester Siti” 4 klub tərəfindən İngiltərə ali futbol qurumuna şikayət olunub.

Sportline.az “Team Talk” nəşrinə istinadən xəbər verir ki, “Mançester Yunayted”, “Liverpul”, “Arsenal” və “Tottenhem” klubları ittihamlarında haqlı çıxsalar, 100 milyon avroluq təzminat alacaqlar.

Bu səbəbdən “şəhərlilər” maliyyə ilə bağlı sənədləri təqdim etməkdən yayınırlar.

Qeyd edək ki, “Mançester Siti” klubu Çempionşipə endirilmək təhlükəsi ilə üz-üzədir.