“Mançester Siti”nin “Bayer”ə yeni təklifi
“Mançester Siti” klubu “Bayer”in almaniyalı futbolçusu Florian Virts üçün yeni təklif göndərib.
Sportline.az “TBR Football” nəşrinə istinadən xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi Virts üçün “Bayer”ə 70 milyon avro+ Oskar Bob və Ceyms Makateni təklif edib.
“Bayer” isə bu təklifə cavab verməyib.
Virtsin “Bayer”lə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, 21 yaşlı futbolçu bu mövsüm çıxış etdiyi 23 matçda 10 qol və 5 asistlə yadda qalıb.