“Mançester Siti”nin əsas hədəfi bəlli olub

“Atletik Bilbao”nun ispaniyalı futbolçusu Niko Uilyamsın mövsümün sonunda klubdan ayrılacağı gözlənilir.

Sportline.az “Metro” saytına istinadən xəbər verir ki, “Mançester Siti” klubu Niko Uilyamsın transferi üçün “Atletik”lə görüşmələrə başlayıb. İngiltərə klubunun rəhbərli bu keçid üçün qarşı tərəfə 80 milyon avro ödəməyə hazırdır.

Niko Uilyamsın “Atletik Bilbao” ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.

Qeyd edək ki, Niko Uilyams bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 19 matçda 2 qol və 5 asistlə yadda qalıb.