"Mançester Siti"nin Porro planı

"Mançester Siti" "Tottenhem"in sağ cinah müdafiəçisi Pedro Porronu transfer etməyi düşünür.

Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.

26 yaşlı oyunçu meneceri "şəhərlilər"in rəhbərliyi ilə təmas halındadır.

Qeyd edək ki, son qərarı "Tottenhem" klubu verəcək.