“Mançester Siti”nin yeni hədəfi

“Mançester Siti” klubunun rəhbərliyi yanvar ayında “Leipziq”in fransalı futbolçusu Kastilyo Lukebanı transfer edəcəyi gözlənilir.

Sportline.az “Transfersdotcom” saytına istinadən xəbər verir ki, “Mançester Siti” klubu Lukeba üçün “Leipziq”ə 40 milyon avro ödəməyə hazırdır.

Tərəflər arasında danışıqlar davam edir.

Lukeba “Mançester Siti”də çıxış etməyə müsbət yanaşır.

Qeyd edək ki, Lukebanın “Leipzinq”lə müqaviləsi 2029-cu ilin iyun ayınadək nəzərdə tutulub.