"Mançester Yunayted" 16 yaşlı forvardı transfer etmək niyyətindədir
"Mançester Yunayted" AİK-in futbolçusu Kevin Filliqi heyətinə qatmaq istəyir.
Sportline.az xəbər verir ki, İngiltərə klubu bu keçid üçün qarşı tərəfə 10 milyon avro ödəməyə hazırdır.
Bu haqda jurnalist Florian Plettenberq məlumat yayıb.
Qeyd edək ki, Kevin Fillinq bu mövsüm meydana çıxdığı 12 oyunda 3 qolla yadda qalıb.