"Mançester Yunayted" 48 illik antirekordunu təkrarladı

İngiltərə Premyer Liqasının VI turunda "Çelsi" ilə ev oyunundakı qolsuz heç-heçə "Mançester Yunayted" üçün xoşagəlməz hadisə ilə əlamətdar olub.

Sportline.az "Opta"ya istinadən xəbər verir ki, 2020/2021 mövsümündə doğma meydanda keçirdiyi ardıcıl 3-cü qarşılaşmada qələbə qazana bilməyən "qırmızı şeytanlar" 48 illik antirekordunu təkrarlayıb.

Mançester təmsilçisi sonuncu dəfə 1972/1973 mövsümündə bu cür uğursuzluqla üzləşib.

Qeyd edək ki, cari mövsümdə bundan əvvəl oynadığı 2 ev matçında "Tottenhem"ə 1:6 və "Kristal Pelas"a 1:3 hesabı ilə uduzan "Mançester Yunayted" hazırda 7 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.