"Mançester Yunayted" "Barselona"dan 40 milyon avro tələb edir
"Mançester Yunayted" ingiltərəli futbolçusu Markus Reşford üçün "Barselona"dan 40 milyon avro tələb edir.
Sportline.az "The Times" nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu Kataloniya klubuna keçməyə razılıq verib.
"Barselona" oyunçunun meneceri ilə təmas halındadır.
Qeyd edək ki, Reşford ötən mövsümü "Aston Villa"da icarə əsasında keçirib.
O, meydana çıxdığı 41 matçda 11 qol 9 məhsuldar ötürmə müəllifi olub.