“Mançester Yunayted” brazilyalı futbolçunu transfer etmək istəyir
“Mançester Yunayted”in portuqaliyalı baş məşqçisi Ruben Amorim klubda ilk transferini reallaşdırmaq niyyətindədir.
Sportline.az “MirrorFootball” nəşrinə istinadən xəbər verir ki, “Yuventus”un brazilyalı futbolçusu Danilo yanvarda “Mançester Yunayted” klubuna transfer olacağı gözlənilir.
Danilo “Mançester Yunayted”də çıxış etməyə müsbət yanaşır.
Qeyd edək ki, Danilonun “Yuventus”la müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.