"Mançester Yunayted" Frimponq üçün hərəkətə keçib

"Mançester Yunayted" "Bayer"in niderlandlı futbolçusu Jeremi Frimponqla yaxından maraqlanır.

Sportline.az jurnalist Qreymi Beylinin məlumatına istinadən xəbər verir ki, İngiltərə klubu mövsümün sonunda Frimponqu heyətinə qatmağa çalışacaq.

"Bayer"in rəhbərliyi 24 yaşlı yarımmüdafiəçi üçün 50 milyon avro tələb edir. 

Qeyd edək ki, Frimponq "Liverpul" klubununda transfer siyahısında yer alır.

O bu mövsüm "Bayer"in heyətində 40 rəsmi matçda iştirak edib. Aktivində 4 qol və 11 məhsuldar ötürmə var.

Frimponqun Almaniya klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.