“Mançester Yunayted” klubu Gyökereşin transferində israrlıdır

“Sportinq”in isveçli futbolçusu Viktor Gyökereşin mövsümün sonunda klubdan ayrılacağı gözlənilir.

Sportline.az “Daily Express” nəşrinə istinadən xəbər verir ki, “Mançester Yunayted” klubunun rəhbərliyi V.Gyökereş üçün “Sportinq”ə 80 milyon avro ödəməyə hazırdır.

Transfer gələn ilin iyuna ayında reallaşa bilər.

Qeyd edək ki, Viktor Gyökereşin “Sportinq”lə müqaviləsi 2028-ci ilin iyun ayında başa çatacaq.

26 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 18 matçda 23 qol və 4 asistlə yadda qalıb.