“Mançester Yunayted” klubundan Gyökereş üçün astronomik təklif
“Sportinq” klubunun isveçli futbolçusu Viktor Gyökereşin mövsümün sonunda klubdan ayrılacağı gözlənilir.
Sportline.az “Diario As” qəzetinə istinadən xəbər verir ki,”Mançester Yunayed” klubunun rəhbərliyi Gyökereş üçün “Sportinq”ə 100 milyon avro ödəməyə hazırdır.
V.Gyökereşin “Sportinq” klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayınadək nəzərdə tutulub.
Qeyd edək ki, Gyökereş bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 18 matçda 23 qol və 4 asistlə yadda qalıb.