"Mançester Yunayted" - "Liverpul" görüşü bu səbəbdən təxirə salındı
İngiltərə Premyer Liqasının 34-cü turun bu gün Bakı vaxtı ilə saat 19:30-da başlanmalı "Mançester Yunayted" - "Liverpul" matçı təxirə salınıb.
Sportline.az xəbər verir ki, mançesterli azarkeşlərin kluba etiraz əlaməti olaraq stadiona daxil olması, görüşü qeyri-müəyyən vaxta təxirə salıb.
Artıq ikinci həftədir ki, "Mançester Yunayted" fanatları klubun sahibi Qleyzerlər ailəsinə Superliqaya daxil olduqları üçün etiraz edirlər. Bu gün isə Mançesterdə etiraz aksiyası keçirən azarkeşlər "Old Trafford"a daxil olaraq oyunun keçirilməsinə imkan verməyiblər.