"Mançester Yunayted" məğlub oldu
İngiltərə Premyer Liqasının 15-ci turunun görüşləri davam edir.
Sportline.az xəbər verir ki, "Mançester Yunayted" öz meydanında "Nottingem Forest"lə üz-üzə gəlib. Görüş "qırmızı şeytanlar"ın 2:3 hesabı ilə məğlubiyyəti ilə yekunlaşıb.
Qollar: Rasmus Höylond 18, Bruno Fernandeş 61, Nikola Milenkoviç 2, Morqan Gibbs Vayt 47, Kris Vud 54
Qeyd edək ki, "Mançester Yunayted" 19 xalla 13-cü, "Notingem Forest" isə 25 xalla 5-ci pillədə qərarlaşıb.