"Mançester Yunayted" niderlandlı futbolçunu La Liqaya göndərir

"Jirona" klubu Van de Bekin transferi ilə bağlı "Mançester Yunayted"lə razılığa gəlib.

Sportline.az Relevo-ya istinadla xəbər verir ki, transfer məbləği cəmi 500 min avro təşkil edəcək.Bundan əlavə klublar arasında müqaviləyə bonusların da daxil olacağı bildirilir.

Van de Beek 2023/24 mövsümündə göstərdiyi statistik göstəricilərə bənzər performans göstərsə, "Jirona" 27 yaşlı futbolçu üçün "mankunyanlar"a daha 4-5 milyon avro ödəyəcək.

Qeyd edək ki, Donni Van de Bek ötən mövsümün ikinci hissəsini "Aynrtaxt Frankfurt"da icarədə olub.O, Almaniya klubunun heyətində 8 oyunda meydana çıxıb.