“Mançester Yunayted” “Real”ın sabiq futbolçusunu transfer edə bilər
“Jirona” klubunun sol cinah müdafiəçisi Migel Qutiyerez karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az “Team Talk” nəşrinə istinadən xəbər verir ki, “Mançester Yunayted”in rəhbərliyi ispaniyalı futbolçu üçün “Jirona”ya 30 milyon avro ödəməyə hazırdır.
Tərəflər arasında danışıqlar davam edir.
Qeyd edək ki, Qutiyerezin “Jirona” ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.