“Mançester Yunayted” Reşfordla bağlı qərar verib

"Mançester Yunayted" klubunun rəhbərliyi Markus Reşfordu satmaq qərarına gəlib.

Sportline.az insayder Florian Plettenberqin məlumatına istinadən xəbər verir ki, Reşford mövsümün sonunda klubdan ayrılacaq. "Mançester Yunayted" 27 yaşlı futbolçunun qiymətini 65 milyon avro olaraq təyin edib.

"Paris Sen-Jermen" Reşfordla yaxından maraqlanır.

Qeyd edək ki, ingiltərəli futbolçunun "Mançester Yunayted"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Reşford cari mövsümdə çıxış etdiyi 23 matçda 7 qol və 3 asistlə yadda qalıb.