“Mançester Yunayted” və “Arsenal” klubları transfer yarışına giriblər

“Bavariya”nın almaniyalı futbolçusu Leroy Sanenin yanvar ayında klubdan ayrılacağı gözlənilir.

Sportline.az “Sky Sports” kanalına istinadən xəbər verir ki, “Mançester Yunayted” və “Arsenal” klubları Leroy Sanenin transferində maraqlıdır.

“Bavariya” klubu Leroy Sane üçün 65 milyon avro tələb edir.

Qeyd edək ki, Sanenin “Bavariya” ilə müqaviləsi 2025-ci ilin iyun ayında başa çatacaq.

28 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 11 matçda 3 qolla yadda qalıb.