"Barselona" yeni qapıçı axtarışına çıxıb
Mövsümün sonunda "Aston Villa"dan ayrılacağı gözlənilən argentinalı qapıçı Emilyano Martinez karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportline.az "D Sports"a istinadən xəbər verir ki, "Barselona" Emilyano Martinezi heyətinə qatmaq üçün hərəkətə keçib.
32 yaşlı kiperin "Aston Villa" ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Emilyano Martinez bu mövsüm çıxış etdiyi 52 matçda qapısında 61 top görüb.