"Mançester Yunayted" və "Çelsi" ikinci liqa komandasının baş məşqçisi ilə maraqlanır

İngiltərənin nəhəng klubları "Mançester Yunayted" və "Çelsi" mövsümün sonunda baş məşqçiləri ilə yollarını ayırmağı düşünür.

Sportline.az Sovsport.ru-ya istinadla xəbər verir ki, hər 2 klubun rəsmiləri "İspviç Taun"un baş məşqçisi Kiran Makkenanın nümayəndələri ilə danışıqlar aparıblar.

Xəbərdə bildirilir ki, şimali irlandiyalı mütəxəssis Ten Haq və ya Poçettino qovulacağı təqdirdə Premyer Liqa klublarından birinə rəhbərlik edə bilər.

Qeyd edək ki, Makkena 2021-ci ilin dekabr ayından "İpsviç Taun"a rəhbərlik edir. Onun rəhbərliyi altında "İpsviş Taun" Çhempionşipdə 2023/2024 mövsümünü 2-ci sırada tamamlayıb və Premyer Liqaya vəsiqə qazanıb.