“Mançester Yunayted” və “Liverpul” transfer yarışına giriblər
“Fulhem”in amerikalı futbolçusu Antoni Robinson yanvar ayında klubdan klubdan ayrılacağı gözlənilir.
Sportline.az “Football İnsider” nəşrinə istinadən xəbər verir ki, “Mançester Yunayted” və Liverpul” klubu 27 yaşlı futbolçu ilə yaxından maraqlanır.
“Fulhem” klubunun rəhbərliyi A.Robinson üçün 30 milyon avro tələb edir.
Qeyd edək ki, Antoni Robinsonun “Fulhem” klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayınadək nəzərdə tutulub.