"Mançester Yunayted"də sürpriz ayrılıq

"Mançester Yunayted"də baş məşqçi Erik Ten Haqın köməkçisi Stiv Maklaren komandadan ayrılıb.

Sportline.az Sky Sport-a istinadla xəbər verir ki, 63 yaşlı mütəxəssis Yamayka millisinin baş məşqçi postuna təyin olunub.

 Bu qərar "Mançester Yunayted" tərəfində böyük təəcüblə qarşılanıb.

Maklaren Yamayka millisi ilə 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, daha əvvəl Aleks Ferqyusonun da köməkçisi olan Maklaren, "Tvente"yə rəhbərlik edərkən Niderland Liqasında çempionluq yaşamışdı.