"Mançester Yunayted"də yeni müqavilə

“Mançester Yunayted” gənc ulduzu Alexandro Qarnaço ilə müqaviləni yeniləyib.

Sportline.az “Mançester Yunayted”in rəsmi saytına istinadən xəbər verir ki, 18 yaşlı argentinalı oyunçusu ilə müqavilə müddəti 2028-ci ilin iyun ayına qədər yenilənib.

Qeyd edək ki, Qarnaço bu mövsüm bütün turnirlər daxil olmaqla iştirak etdiyi 32 oyunda 5 qol, 6 asistlə yadda qalıb.