"Mançester Yunayted"dən 17 yaşlı transfer
"Mançester Yunayted" heyətini 17 yaşlı müdafiəçi ilə gücləndirmək niyyətindədir.
Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın Dieqo Leonla razılığa gəldiyi bildirilir.
Hazırda Paraqvayın "Serro Porteno" komandasında çıxış edən müdafiəçi ilə şifahi razılaşma əldə olunub.
Futbolçu ilə 2025-ci ilin yayında müqavilə bağlanacağı gözlənilir.
Qeyd: Leon bu mövsüm Paraqvay çempionatında 19 oyunda iştirak edib və 2 qol vurub.