“Mançester Yunayted”ə şad xəbər
Bu yay “Lill” klubundan böyük ümidlərlə “Mançester Yunayted”ə transfer olunan Leni Yoro zədəsini sağaltığı bildirilir.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, fransalı futbolçu artıq məşqlərə başlayıb. Oyunçu tam hazır olanadək meydana çıxmayacaq.
18 yaşlı futbolçunun noyabr ayının sonlarına qədər yaşıl meydanlara qayıdacağı gözlənilir.
Qeyd edək ki, Leni Yoro “Lill”dən “Mançester Yunayted”ə 62 milyon avro qarşılığında transfer olunmuşdu.