"Mançester Yunayted"ə son dəqiqə şoku

İngiltərə Premyer Liqasında 23-cü turun oyunları keçirilir.

Sportline.az xəbər verir ki, “Mançester Yunayted” evdə “Everton”la qarşılaşıb. Matç bol qollu keçsə də, qalib müəyyənləşməyib. Belə ki, “qırmızı şeytanlar” görüşün sonlarınadək 3:2 hesablı qələbə qazandıqları halda rəqib əlavə olunmuş dəqiqələrdə Ole Qunnar Sulşerin komandasının qapısına yol tapıb və yekun hesabı müəyyənləşdirib- 3:3.

Qeyd edək ki, “Mançester Yunayted” turnir cədvəlində 45 xalla 2-ci, “Everton” isə 37 xalla 6-cıdır.

“Mançester Yunayted” – “Everton” – 3:3
Qollar:
 Kavani, 24 (1:0), Fernandeş, 45 (2:0), Dokur, 49 (2:1), Rodriqes, 52 (2:2),  MakTominey, 70 (3:2), Levin, 90+5 (3:3)