"Mançester Yunayted"i "Real Madrid"ə dəyişə bilər
"Mançester Yunayted"in argentinalı futbolçusu Lisandro Martinez İspaniya nəhənginin radarına düşüb.
Sportline.az "TBR Football" nəşrinə istinadən xəbər verir ki, "Real Madrid" klubu Lisandro Martinezin xidmətində maraqlıdır. İspaniya klubunun rəhbərliyi "Mançester Yunayted"lə görüşmələrə başlayıb.
L.Martinezin dəyəri "Transfermarkt" portalına görə 50 milyon avrodur.
Qeyd edək ki, 26 yaşlı futbolçu 2022-ci ildən etibarən "Mançester Yunayted"in şərəfini qoruyur.