"Mançester Yunayted"in baş məşqçi postuna yeni namizəd

Erik Ten Haqla yolları ayırmağı planlaşdıran "Mançester Yunayted"in baş məşqçi postuna namizədlərin sayı rtmaqdadır.

Sportline.az xəbər verir ki, "İpsviç"in çalışdırıcısı Kiran Makkena da bu sıraya qoşulub.

Bu haqda "Manchester Evening News" məlumat yayıb.

Onun xidmətində "Çelsi"nin də maraqlı olduğu bildirilsə də, Makkenanın fikrinin Mançesterdə olduğu vurğulanır.

Qeyd edək ki, 2021-ci ildən "İpsviç"i çalışdıran baş məşqçi komandanı bu il Premyer Liqaya yüksəldib.