“Mançester Yunayted”in əsas hədəfi hücumçu almaqdır

“Mançester Yunayted”in rəhbərliyi yanvar ayında kluba yeni hücumçu transfer edəcəklərini açıqlayıb.

Sportline.az “Mirror Football” qəzetinə istinadən xəbər verir ki, əsas hədəf “Çelsi”nin fransalı futbolçusu Kristofer Nkunku göstərilir. “Mançester Yunayted” klubunun rəhbərliyi futbolçunun meneceri ilə danışıqlara başlayıb.

“Çelsi” Nkunkunu 70 milyon avro qarşılığında satmağa hazırdır.

Qeyd edək ki, Nkunkunun “Çelsi” ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.