"Mançester Yunayted"in gənc futbolçusu zədələnib
"Mançester Yunayted"in gənc futbolçusu zədə üzündən yaşıl meydanlardan uzaq qalacaq.
Sportline.az xəbər verir ki, "qırmızı şeytanlar"ın gənc hücumçusu Rasmus Hoylandın məşq zamanı zədələndiyi və "Fulhem"lə görüşdə komandaya kömək edə bilməyəcəyi deyilib.
"Mançester Yunayted" klubunun həkimləri futbolçunun minimum 2-3 həftə yaşıl meydanlara dönməyəcəyini bildiriblər.
Qeyd edək ki, hazırda İngiltərə klubunun heyətində Aron Van Bissaka, Luk Şov, Meyson Mount və Taylor Malsiya zədəlidir.