"Mançester Yunayted"in yeni baş məşqçisinin qazancı açıqlandı
"Mançester Yunayted"i "Sportinq"in baş məşqçisi Ruben Amorimin çalışdıracağı yaxın günlərdə rəsmiləşəcək.
Sportline.az xəbər verir ki, bu haqda qitə mətbuatında xəbərlər dolaşmaqdadır.
"CaughtOffside"nin yaydığı məlumata görə, artıq tərəflər maliyyə məsələsində də tam razılığa gəliblər.
Mənbənin iddiasına əsasən Amorim yeni klubunda ilinə 8 milyon avro qazanacaq.
39 yaşlı portuqaliyalının "qırmızı şeytanlar"la 2+1 sistemi ilə müqavilə bağlayacağı gözlənilir.
Qeyd edək ki, "Mançester Yunayted" bu günlərdə Erik ten Haqla yolları ayırıb.