Mandzukiç "Beşiktaş"a keçir
"Beşiktaş" "Yuventus"un xorvatiyalı hücumçusu Mario Mandzukiçin keçidini həll etməyə yaxındır. SportLine.az goal.com saytına istinadən xəbər verir ki, "qara qartal" futbolçu və rəhbərliklə razılıq əldə edib.
Transferin reallaşması baş məşqçi Massimiliano Alleqridən asılıdır. Mütəxəssis razılıq versə, M.Mandzukiç növbəti mövsümdən "Beşiktaş"ın şərəfini qoruyacaq.
Qeyd edək ki, futbolçu cari mövsümdə iştirak etdiyi 46 oyunda 9 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalıb.