Maqnus Karlsen: "Şəhriyar Məmmədyarov daha asan çökdü"

"Bu, çox əyləncəli gün idi, öz oyunumdan razıyam".

Sportline.az xəbər verir ki, bunu Niderlandın Veyk-an-Zeye şəhərindəki "Tata Steel Chess" turnirinin IX turunda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarova qalib gələn norveçli dünya çempionu Maqnus Karlsen "TV 2"yə açıqlamasında deyib.

32 yaşlı qrossmeyster çətin yarımmüdafiə xəttində çox yaxşı qərarlar qəbul etdiyini bildirib: "Öz işimi yerinə yetirdiyimi və yaxşı oynadığımı hiss etdim. Rəqib qeyri-dəqiq hərəkətlər etdi və lazım olandan daha asan çökdü. Bu, bir az ona xas idi. Görüş gözlədiyimdən asan keçdi".

Qeyd edək ki, bu nəticədən sonra xallarını 6,5-ə çatdıran Maqnus Karlsen vahid lider olub. 5,5 xalı olan Məmmədyarov isə 3-cü pillədə qərarlaşıb. Karlsen "Tata Steel Chess" turnirlərində ümumilikdə 7 dəfə qalib olub. Sonuncu belə uğur 2019-cu ilə təsadüf edib.