Mareska: “Çelsi” köhnə günlərinə qayıdır”

“Çelsi”nin italiyalı baş məşqçisi Enzo Mareska mətbuat konfransı zamanı jurnalistlərin suallarını cavablandırıb.

Sportline.az xəbər verir ki, Mareska “Çelsi”nin hazır da yaxşı formada olduğunu dilə gətirib.

“Çelsi” köhnə günlərinə qayıdır. Hazır da yaxşı formadayıq. Lakin daha çox çalışmalıyıq. Çünki rəqiblərimiz çox güclü kollektivlərdir. “Liverpul”, “Arsenal” və “Mançester Siti” kimi klublarla mübarizə aparırsınızsa, onda daha çox işləməyə məcbursunuz. Palmer, Sanço, Feliks, Nikolas Cekson, Pedro Neto və Kristofer Nkunku hücumda mükəmməl işlər görür. Buda bizi sevindirir”, - deyə Mareska bildirib.

Qeyd edək ki, “Çelsi” turnir cədvəlində 31 xalla 2-ci pillədə qərarlaşıb.