Mariya Şarapovaya şok "8 mart hədiyyəsi"

Dünya tennisinin ən tanınmış simalarında olan Mariya Şarapovaya 8 mart gününə “hədiyyə”. Milyonların sevimlisi ABŞ-ın Los Anceles şəhərində keçirdiyi mətbuat konfransında qanında dopinq aşkarlandığını açıqlayıb. Böyük dəbilqə turnirinin 5 qat qalibi 10 ildir istifadə etdiyi dərmanın yanvarın 1-dən qadağan edilmiş preparatlar siyahısına salındığından xəbərsiz olduğunu bildirib. “Karyeramı bu şəkildə bitirmək istəməzdim. Ümid edirəm ki, mənə daha bir şans veriləcək”- deyən Şarapovanın cəzası yaxın günlərdə məlum olacaq.