Mariya Stadnikin olimpiya medalı oğurlandı
Güləşçimiz Mariya Stadnikin medalı Ukraynada oğurlanıb.
Sportline.az xəbər verir ki, bu barədə Stadnik “instaqram” hesabında paylaşım edib.
O, Pekin-2008 Yay Olimpiya Oyunlarında qazandığı bürünc medalın oğurlandığını bildirib.
Qeyd edək ki, Mariya Azərbaycan idmanı tarixində ən çox (4) Olimpiya medalı qazanan şəxsdir. Stadnik Pekin-2018-də bürünc, London-2012 və Rio-2016-da gümüş, Tokio-2020-də isə bürünc medal əldə edib.
