Markus Turam karyerasını “Dumanlı Albion”da davam etdirə bilər
“İnter”in fransalı futbolçusu Markus Turam yanvar ayında klubdan ayrılacağı gözlənilir.
Sportline.az “Gazzetta İtaliya” qəzetinə istinadən xəbər verir ki, “Liverpul” klubunun rəhbərliyi M.Turam üçün “İnter”ə 70 milyon avro ödəməyə hazırdır. Turamın meneceri “Liverpul” klubu ilə danışıqlara başlayıb.
“Liverpul” klubunun rəhbərliyi Turamın sərbəst qalma məbləğini ödəyəcək.
“İnter” klubu isə bu təklifə müsbət yanaşır.
Transfer yanvar ayında reallaşacaq.
Qeyd edək ki, Markus Turamın “İnter”lə müqaviləsi 2028-ci ilin iyun ayınadək nəzərdə tutulub.
27 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 15 matçda 8 qol və 2 asistlə yadda qalıb.